...

Türkiyənin beynəlxalq adı dəyişdirilir

Dünya xəbərləri Materials 1 İyun 2022 01:25 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.

Trend xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb.

"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin BMT-dəki xarici dillərdə adını "Türkiye" olaraq qeyd edirik", - deyə XİN rəhbəri bildirib.

Beləliklə, bundan sonra ölkənin adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Turkey, Turkei, Turquie və s.) "Türkiye" kimi istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti