...

Böyük Britaniyada ərzaq qiymətləri rekord həddə çatıb

Dünya xəbərləri Materials 2 İyun 2022 00:46 (UTC +04:00)
Böyük Britaniyada ərzaq qiymətləri rekord həddə çatıb

Bakı. Trend:

Böyük Britaniyada ərzaq qiymətləri ilin əvvəlindən 4,5% artıb.

Trend "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, bu son on ilin ən pis göstəricisidir.

Qeyd olunur ki, pərakəndə ticarət şəbəkələri inflyasiyanın artması səbəbindən qiymətləri artırmağa davam edirlər. Ən çox artım quş əti və yağın qiymətində müşahidə olunur.

Böyük Britaniya enerji qiymətlərinin artması və Ukraynadakı vəziyyətə görə beynəlxalq təchizat zəncirlərinin pozulması fonunda böhran üzləşib. Belə ki, ölkədə illik inflyasiya doqquz faizədak artıb. Bu son 40 ilin rekord göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti