...

ABŞ-da kilsənin qarşısında atışma olub

Dünya xəbərləri Materials 3 İyun 2022 08:39 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Ayova ştatında kilsənin qarşısında baş verən atışmada iki nəfər həlak olub, atəş açan şəxs də ölüb.

Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı bildirib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 18:51-də Eyms şəhərindəki kilsənin dayanacağında baş verib. İlkin məlumata görə, başqa heç kim xəsarət almayıb.

Atışmanın səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti