...

ABŞ-da Roman Abramoviçin iki təyyarəsinə həbs qoyulub

Dünya xəbərləri Materials 6 İyun 2022 22:47 (UTC +04:00)

Bakı. Trend:

Nyu-York federal məhkəməsi rusiyalı iş adamı Roman Abramoviçin iki təyyarəsinin ABŞ Ədliyyə Departamenti tərəfindən həbs qoyulmasına icazə verən order imzalayıb.

Trend xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, söhbət Abramoviçə məxsus Boeing 787-8 Dreamliner və Gulfstream G650ER təyyarələrindən gedir. Qeyd olunur ki, birinci təyyarə Dubayda, ikincisi isə - Rusiyadadır.

ABŞ hələlik Roman Abramoviçi sanksiyalar siyahısına daxil etməyib, lakin mart ayında ABŞ-ın maliyyə naziri Jeannette Yellen CNBC telekanalına müsahibəsində rusiyalı sahibkara qarşı müvafiq tədbirlərin görüləcəyini istisna etmədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti