...

Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayacaq

Dünya xəbərləri Materials 11 İyun 2022 20:26 (UTC +04:00)
Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayacaq

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Rusiyada icra olunmaması ilə bağlı qanunları imzalayıb.

Trend "TASS"a istinadla xəbər verir ki, müvafiq sənədlər şənbə günü rəsmi hüquqi informasiya portalında dərc edilib.

Beləliklə, AİHM-nin 2022-ci il martın 15-dən sonra qəbul etdiyi qərarlar Rusiyada icra olunmayacaq və qurumun qərarları əsasında kompensasiyaların ödənilməsi yalnız rublla və yalnız Rusiya banklarındakı hesablara həyata keçiriləcək. Bununla belə, Rusiya Federasiyasının Baş Prokurorluğu 2023-cü il yanvarın 1-dək AİHM-in qərarlarına uyğun olaraq ərizəçiyə pul kompensasiyası ödəyə biləcək.

Bundan əlavə, AİHM-in qərarları artıq Rusiya məhkəmələri tərəfindən qəbul edilən qərarlara yenidən baxılması üçün əsas olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti