...

Meksikanın cənub-qərbində naməlum şəxslər 5 nəfəri öldürüb

Dünya xəbərləri Materials 12 İyun 2022 02:17 (UTC +04:00)
Meksikanın cənub-qərbində naməlum şəxslər 5 nəfəri öldürüb

Bakı. Trend:

Meksikanın cənub-qərbində Gerrero ştatının Çilpansinqo bələdiyyəsində şənbə günü silahlı hücum nəticəsində ən azı 5 nəfər həlak olub.

Trend xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

Hadisənin başvermə şəraitini müəyyən etmək üçün hadisə yerinə müstəntiqlər və məhkəmə-tibb ekspertləri gəlib. Kütləvi qətl Petakilyas yaşayış məntəqəsində baş verib. Nəticədə altı nəfər həlak olub, daha iki nəfər yaralanıb. Qıtlin səbəbləri məlum deyil.

Meksika son illərdə təhlükəsizlik böhranı yaşayır. May ayında hakimiyyət orqanları respublika ərazisində təxmini 2,5 min qəsdən adam öldürmə faktını qeydə alıb ki, bu da ilin əvvəlindən ən yüksək göstəricidir. Aprel ayı ilə müqayisədə zorakılığın səviyyəsi 16% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti