Bakı. Trend:
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İraqın Süleymaniyyə əyalətində “Ferhat Derik” adı ilə tanınan xüsusi təhlükəli PKK terrorçusu Hüseyn Şiblini zərərsizləşdirib.
Trend yerli KİV-lərə istinadla xəbər verir ki, suriyalı terrorçu regiondan kənar üçüncü ölkələrlə əlaqələr quraraq İraqda yeni bir terror təşkilatı yaratmaq istəyib.
Bildirilir ki, o, Suriyanın Hələb şəhərində və İraqın şimalındakı Qara və Qəndil bölgələrində terror fəaliyyətləri həyata keçirib.