Bakı. Trend:
20 iyun yerli vaxtla saat 13:00 radələrində taksi ABŞ-ın Nyu-York şəhərində binaya çırpılıb.
Trend-in məlumatına görə, bu barədə "New York Post" nəşri polisdəki mənbəyə istinadən bildirib.
Məlumata əsasən, hadisə Brodvey, 1186 ünvanında, Qərbi 29-cu və Qərbi 28-ci küçələr arasında taksi sürücüsünün bordüra çıxması nəticəsində baş verib.
Üç nəfər ağır yaralanıb, həkimlər indi onların həyatları üçün mübarizə aparır. Digər üç nəfər daha yüngül xəsarət alıblar.