...

Türkiyədə meşə yanğınının böyük hissəsi nəzarət altına alınıb - Nazir

Dünya xəbərləri Materials 22 İyun 2022 16:08 (UTC +04:00)
Türkiyədə meşə yanğınının böyük hissəsi nəzarət altına alınıb - Nazir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Muğla vilayətində ötən gün axşam saatlarında başlayan meşə yanğınının böyük hissəsi nəzarət altına alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.

Qeyd olunub ki, yanğın ümumilikdə 400 hektara yaxın əraziyə ziyan vurub.

Yanğınla mübarizə üçün 20 helikopter və 14 təyyarə, eləcə də çoxlu sayda canlı qüvvə cəlb olunub.

Eyni zamanda, Muğla vilayət prokurorluğu meşə yanğını ilə bağlı cinayət işinin açıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti