...

TÜRKPA-nın 11-ci plenar iclası Çolpon-Atada keçiriləcək

Dünya xəbərləri Materials 22 İyun 2022 20:26 (UTC +04:00)
TÜRKPA-nın 11-ci plenar iclası Çolpon-Atada keçiriləcək

Bakı. Trend:

23-24 iyun 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində “Parlament Diplomatiyası – Etimad və Tərəfdaşlığın Əsası” mövzusunda TÜRKPA-nın 11-ci Penar iclası keçiriləcək.

Trend təşkilata istinadən xəbər verir ki, tədbir üzv parlamentlər və Özbəkistan Ali Məclisinin Senatının sədrləri, Türkmənistan və Macarıstan parlamentlərinin nümayəndə heyətləri, beynəlxalq təşkilatların, Türk əməkdaşlıq qurumlarının, elm və təhsil dairələrinin nümayəndələrini bir araya gətirəcək.

Plenar iclasda təşkilatın adının dəyişdirilməsinə dair qərarın qəbul edilməsi və daimi komissiyaların sənədlərinin, eləcə də model qanunun qəbul edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti