Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayəti Kiş xəstəxanasının rəhbəri Mustafa Nadəlinejad deyib.
M.Nadəlinejadın sözlərinə görə, zəlzələ nəticəsində qorxudan 4 nəfər özünü binadan atıb. Onlardan biri ölüb.
Nadəlinejad əlavə edib ki, yaralılardan 19 nəfəri kişi, 12 nəfəri isə qadın olub.
Qeyd edək ki, bu gün yerli vaxtla 08:07-də İranın Hörmüzqan vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.