...

Meksikanın cənubunda naməlum şəxslər 7 nəfəri qaçıraraq öldürüb

Dünya xəbərləri Materials 26 İyun 2022 04:55 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın cənubundakı Yukatan ştatında naməlum şəxslər 7 nəfəri qaçıraraq öldürüblər.

Trend xarici mətbuata istinadla xəbər verir ki, qətlə yetirilənlərin cəsədləri şənbə günü Çikintzonot bölgəsindəki fermada tapılıb.

Əraziyə əlavə polis və quru qüvvələri cəlb olunub, qətliamda iştirak edənlərin axtarışı aparılır. Hadisə ilə bağlı dövlət qurumları hələ rəsmi məlumat yaymayıb.

Yukatan Meksikanın ən təhlükəsiz ştatı hesab olunur. 2021-ci ildə rəsmi rəqəmlərə görə, orada 42 nəfər cinayətkarların qurbanı olub. Müqayisə üçün qeyd edək ki, ölkənin mərkəzi hissəsində yerləşən Quanaxuato ştatında 3,5 mindən çox insan eyni dövr ərzində zorakılığın qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti