...

İordaniyada zəhərli qaz sızması nəticəsində 10 nəfər ölüb, yüzlərlə yaralı var

Dünya xəbərləri Materials 27 İyun 2022 22:49 (UTC +04:00)
İordaniyada zəhərli qaz sızması nəticəsində 10 nəfər ölüb, yüzlərlə yaralı var

Trend-i buradan izləyin

Bakı. Trend:

İordaniyanın Aqaba limanında zəhərli qaz sızması nəticəsində 10 nəfər ölüb, azı 250 nəfər yaralanıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Əl-Mamlaka” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə zəhərli qazla dolu çənin daşınması zamanı trosun qırılması səbəbindən baş verib. Nəticədə içindəki maddə sürətlə ətrafa yayılıb.

Daha sonra yerli qurumların yaydığı məlumata görə, çəndə maye xlor olub.

Hadisə yerində mülki müdafiə mütəxəssisləri işləyir. Yaralılar xəstəxanaya çatdırılıb. Onların təxliyyəsinə aviasiya cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti