...

Avropa birjalarında təbii qazın qiyməti 1600 dolları ötüb

Dünya xəbərləri Materials 30 İyun 2022 17:35 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 600 dolları ötüb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 606,5 dollar ətrafında alınıb-satılır.

Gün ərzində qiymətlər 6,5 faiz artıb.

Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti bir müddət "Şimal axını" boru xətti ilə qaz tədarükünü azaltmalı olduğunu elan etmişdi.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti