...

Britaniyada meymunçiçəyinə yoluxanların sayı 1,2 mini ötüb

Dünya xəbərləri Materials 1 İyul 2022 21:18 (UTC +04:00)
Britaniyada meymunçiçəyinə yoluxanların sayı 1,2 mini ötüb

Bakı. Trend:

Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə daha 159 yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə krallığın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə meymunçiçəyinə yoluxanların ümumi sayı 1235 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma halı krallığın təxminən 85 faiz əhalisinin yaşadığı İngiltərədə qeydə alınıb. İyunun 30-u üçün burada 1 185 yoluxma halı aşkarlanıb.

Qeyd edilir ki, İngiltərədə meymunçiçəyinə yoluxanların 77 faizi London sakinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti