...

Çikaqo şəhərində ikinci gün ard-arda atışma baş verib

Dünya xəbərləri Materials 2 İyul 2022 11:27 (UTC +04:00)
Çikaqo şəhərində ikinci gün ard-arda atışma baş verib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Çikaqo şəhərində ikinci gün ard-arda atışma baş verib.

Trend-in məlumatına görə, naməlum şəxsin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Atəş açan şəxs hadisə yerindən uzaqlaşıb. Polis insidentlə əlaqədar araşdırmalıara və axtarışlara başlayıb.

Xatırladaq ki, ötən Çikaqonun mərkəzində baş vermiş atışma zamanı 2 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti