...

Özbəkistan parlamenti Mirziyoyevin Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi qərarını təsdiq edib

Dünya xəbərləri Materials 3 İyul 2022 11:41 (UTC +04:00)
Özbəkistan parlamenti Mirziyoyevin Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi qərarını təsdiq edib

Bakı. Trend:

Özbəkistan Ali Məclisinin (parlament) yuxarı və aşağı palataları ölkə prezident Şavkat Mirziyoyevin Qaraqalpaqıstan muxtar respublikasında fövqəladə vəziyyət rejiminin elan edilməsi qərarını təsdiq edib.

Trend xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən bildiriblər.

""Qaraqalpaqıstan Respublikasının ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında" Özbəkistan Respublikası Prezidentinin 2 iyul 2022-ci il tarixli Fərmanı təsdiq edilsin", - deyə palataların birgə qərarının mətnində qeyd olunub.

Xatırladaq ki, ötən gecə Özbəkistan prezidenti Şavkat Mirziyoyev avqustun 2-dək Qaraqalpaqıstan ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti