...

İtaliyanın 5 bölgəsində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 5 İyul 2022 06:48 (UTC +04:00)
İtaliyanın 5 bölgəsində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

İtaliyanın 5 bölgəsində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

Trend xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən , bu qərar Nazirlər Şurasının iclasında "Po çayı vadisi və Şərqi Alplər regionuna bitişik və onunla əlaqəli ərazilərdə su ehtiyatlarının çatışmazlığı" ilə əlaqədar qəbul edilib.

Bildirilir ki, fövqəladə vəziyyət Emiliya-Romanya, Friuli - Venesia-Culiya, Lombardiya, Piemont və Veneto bölgələrində tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti