...

Özbəkistan ərazisinə Əfqanıstandan raketlər düşüb

Dünya xəbərləri Materials 6 İyul 2022 01:20 (UTC +04:00)
Özbəkistan ərazisinə Əfqanıstandan raketlər düşüb

Bakı. Trend:

İyulun 5-də yerli vaxtla saat 16:20 radələrində Özbəkistanla sərhəd bölgəsində Əfqanıstan ərazisindən atıldığı ehtimal edilən beş raketin düşməsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.

"Qeyd etmək lazımdır ki, mərmilər düşən zaman heç bir partlayış baş verməyib, nəticədə insan tələfatı və dağıntı olmayıb. Termez şəhərində “Məcnuntol” məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçı bölməsi tərəfindən zərərsizləşdirilib", - deyə qeyd olunub.

Nazirlik qeyd edib ki, hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə bu insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti