...

Türkiyə sement və şüşə ixracını artırıb

Dünya xəbərləri Materials 8 İyul 2022 13:33 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artaraq 2,8 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 524 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 23 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 5,2 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti