...

İranda koronavirusa yoluxanların sayı 3,5 min nəfəri keçdi

Dünya xəbərləri Materials 12 İyul 2022 14:50 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən sutka ərzində 3 588 nəfər koronavirusa (COVID-19) yoluxub, 7 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 451 nəfər, yoluxanların sayı isə 7,25 milyondan çoxdur. Virus daşıyıcılarından 386 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 28 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti