...

RF və BMT nümayəndələri Rusiyanın ərzaq məhsullarının dünya bazarına çıxarılmasını müzakirə ediblər

Dünya xəbərləri Materials 19 İyul 2022 05:28 (UTC +04:00)
RF və BMT nümayəndələri Rusiyanın ərzaq məhsullarının dünya bazarına çıxarılmasını müzakirə ediblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Nyu-Yorkda BMT baş katibinin humanitar yardım üzrə müavini Martin Qriffitslə görüşündə Rusiyadan qlobal ərzaq bazarına maneəsiz çıxışın təmin edilməsini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyinin açıqlamasında deyilir.

"Ayrıca qlobal ərzaq böhranı və ondan çıxış yolları, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşin “Qara dəniz təşəbbüsü” mövzusuna toxunulub, Rusiyadan ərzaq, gübrə və onların istehsalı üçün xammalın dünya bazarına maneəsiz çatdırılmasının təmin edilməsi müzakirə edilib", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti