...

Yaponiyada leysan yağışlar səbəbindən yarım milyona yaxın insana təxliyə tövsiyə olunub

Dünya xəbərləri Materials 19 İyul 2022 06:58 (UTC +04:00)
Yaponiyada leysan yağışlar səbəbindən yarım milyona yaxın insana təxliyə tövsiyə olunub

Bakı. Trend:

Yaponiyada davam edən leysan yağışlar səbəbindən indiyədək yarım milyona yaxın insan təxliyə ilə bağlı tövsiyələr alıb.

Trend xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətlərinin və ölkənin milli meteorologiya departamentinin dərc etdiyi məlumatlarda deyilir.

Məlumata əsasən, Yaponiyanın cənub-qərbində və cənubunda 400 mindən çox insan təxliyə ilə bağlı tövsiyələr alıb. Ən çətin vəziyyət güclü leysanların davam etdiyi Fukuoka, Yamaquçi, Kumamoto və Oita prefekturalarındadır - bir saat ərzində 50 mm-dən çox yağıntı düşür.

Yerli hakimiyyət orqanları torpaq sürüşməsi və çayların daşması təhlükəsi barədə xəbərdarlıq edir, insanları xüsusi təxliyə mərkəzlərinə yerləşməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti