...

Bayden havanın çirkləndirilməsinin təsirindən xərçəng xəstəliyinə tutulduğunu bildirib

Dünya xəbərləri Materials 21 İyul 2022 00:45 (UTC +04:00)
Bayden havanın çirkləndirilməsinin təsirindən xərçəng xəstəliyinə tutulduğunu bildirib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden uşaqlığını keçirdiyi bölgədə havanın çirkləndirilməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu bildirib.

Trend xəbər verir ki, ABŞ lideri bunu Massaçusetsdə iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə mübarizə mövzusunda çıxışında deyib.

C.Bayden xatırladıb ki, ölkə daxilində bir çox fabrik havaya "zəhərli maddələr, istixana qazları" buraxır. "Bunlar bu gün üzləşdiyimiz iqlimlə bağlı fövqəladə vəziyyətə səbəb olan çirklənmə növləridir", - deyə ABŞ lideri bildirib.

C.Bayden qeyd edib ki, Kleymont (Delaver ştatı) şəhərində yaşayıb, onun evinin yaxınlığında çox sayda neft emalı zavodları var idi və daim güclü külək əsirdi.

"Biz Delaverə köçəndə mən çoxmənzilli yaşayış binasında yaşayırdım və yolun qırağında getdiyim kiçik bir məktəb var idi. Bizim piyada getməməyimiz üçün anam bizi avtomobil ilə aparırdı. Və ilk şaxtalarda nə baş verdiyini bilirsinizmi? Avtomobilin şüşəsindəki neft ləkələrini sözün əsl mənasında yumaq üçün şüşə silənləri işə salmalı olurduq. Buna görə mən və böyüdüm bir çox başqa insanlarda xərçəng var", - deyə C.Bayden bildirib.

Bu açıqlama dərhal sosial şəbəkələrdə diqqət çəkib. "Co Bayden indicə xərçəng tutduğunu elan etdi?" – deyə Respublikaçılar Partiyasının Milli Komitəsinin "Twitter" səhifəsində bildirilib.

Öz növbəsində, "The Washington Post" qəzetinin redaktorlarından biri Qlenn Kessler bu qənaəti tənqid edib. "Nə axmaq tvitdir! Baydenin tibbi hesabatına baxın" - deyə cavab olaraq qeyd edib.

Q.Kessler xatırladıb ki, Bayden prezident olmazdan əvvəl onun melanoma olmayan dəri şişləri cərrahi yolla götürülüb.. Bununla belə, ABŞ lideri xərçəng xəstəliyindən indiki zamanda danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti