Bakı. Trend:
Fransada son sutka ərzində daha iki departamenti davam edən quraqlıq səbəbindən sudan istifadəyə məhdudiyyətlər tətbiq ediblər.
Trend xəbər verir ki, bu barədə "BFM" telekanalı məlumat yayıb.
Məlumata əsasən, ölkədə suyun istifadəsinə məhdudiyyətlərin tətbiq edildiyi departamentlərin sayı 90-a çatıb.
Bildirilir ki, sözügedən deprtamentlərdən 39-da böhran vəziyyəti elan edib.