Bakı. Trend:
Türkiyənin Muğla vilayətində yenidən meşə yanğını başlayıb.
Trend-in məlumatına görə, Marmaris rayonunda davam edən yanğının söndürülməsi üçün 5 təyyarə, 8 helikopter və 40 maşın cəlb edilib.
Qeyd olunur ki, bölgədə əsən külək nəticəsində yanğın yaxınlıqdakı otellərin birinə keçib.
Təhlükəsizlik məqsədilə bölgədə dəniz reysləri dayandırılıb.
Xatırladaq ki, Marmarisdə iyunun sonlarında da güclü meşə yanğını baş vermişdi.