...

Fransada quraqlığa görə su istehlakı məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 5 Avqust 2022 11:54 (UTC +04:00)
Fransada quraqlığa görə su istehlakı məhdudlaşdırılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hökuməti güclü quraqlıqla əlaqədar ölkənin 101 departamentindən 93-də su istehlakına məhdudiyyət tətbiq edib.

Trend-in məlumatına görə, 62 departament ərazisində ən yüksək, qırmızı təhlükə səviyyəsi elan edilib. Bu bölgələrdə başqa məqsədlərlə, eləcə də kənd təsərrüfatı üçün su istehlakı qadağan edilib.

Digər departamentlərdə isə fermerlərə su istifadəsini 50 faiz azaltmaq tapşırılıb.

Qeyd olunur ki, ölkədəki quraqlıqla əlaqədar böhran mərkəzi yaradılıb. Mütəxəssislər builki quraqlığın müşahidələr aparılan müddət ərzində ən şiddətlisi olduğunu bildirir. Bu cür şəraitin yaxın 15 gündə davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti