...

Şimali Koreyada maska rejimi ləğv edilib

Dünya xəbərləri Materials 13 Avqust 2022 08:48 (UTC +04:00)
Şimali Koreyada maska rejimi ləğv edilib

Bakı. Trend:

Şimali Koreyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən maska ​​rejimi və sosial məsafənin qorunması tələbi bu ölkənin lideri Kim Çen Inın virus üzərində qələbə qazanıldığını elan etməsindən sonra ləğv edilib.

Trend xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata əsasən, sərhədyanı rayonlarda sözügedən ehtiyat tədbirləri qüvvədə qalır. Bundan əlavə, xəstəliyin simptomları zamanı maskadan istifadə tövsiyə olunur.

Xatırladaq ki, bir neçə gün öncə Şimali Koreya lideri Kim Çen In ölkəsinin koronavirus üzərində qələbə qazandığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti