...

Səudiyyə Ərəbistanı Özbəkistana 10 milyard dollar sərmayə qoyacaq

Dünya xəbərləri Materials 19 Avqust 2022 06:40 (UTC +04:00)
Səudiyyə Ərəbistanı  Özbəkistana 10 milyard dollar sərmayə qoyacaq

Bakı. Trend:

Özbəkistan və Səudiyyə Ərəbistanının Energetika nazirlikləri Qaraqalpaqıstanda 1,5 GVt gücündə "ACWA Power" külək elektrik stansiyasının tikintisi, Özbəkistanın enerji kompleksinə 10 milyard dollar sərmayə qoymaq niyyətləri və ölkədə yaşıl hidrogen istehsalının yaradılması üzrə tədqiqatlar haqqında sazişlər imzalayıblar.

Trend bu barədə Gazeta.uz-a istinadən məlumat verir.

Energetika Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Özbəkistan və Səudiyyə Ərəbistanının energetika nazirlikləri, eləcə də Səudiyyə şirkətləri 12 milyard dollar dəyərində üç əsas inkişaf sazişi imzalayıblar.

Sazişlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Səudiyyə Ərəbistanına dövlət səfəri çərçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti