...

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2022 08:57 (UTC +04:00)
Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Bakı. Trend:

Bu gün Qırğızıstan-Tacikistan dövlət sərhədində silahlı insident baş verib.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Sərhəd Xidməti bildirib.

Məlumata əsasən, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin sərhəd dəstəsi Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində xidmət apararkən Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının sərhəd dəstəsini aşkar edib. Həmin sərhəd dəstəsi tərəflər arasında əvvəlki razılaşmaları pozaraq dövlət sərhədinin müəyyən edilməmiş hissəsində döyüş mövqelərini tutub:

"Qırğızıstan tərəfinin ərazini tərk etmək barədə qanuni tələblərinə məhəl qoymayan tacik sərhədçiləri atəş açıblar. Buna cavab olaraq Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhədçiləri də silahdan istifadə ediblər. Sərhəd dəstələri arasında atışma başlayıb və bu zaman Tacikistan tərəfi minaatanlardan istifadə edib".

14 sentyabr 2022-ci il saat 09:30-dan etibarən atışma fasilələrlə başlayır və dayanır.

İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti