Bakı. Trend:
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində fövqəladə iclas keçirəcək və burada xüsusilə Rusiya Prezidenti Vladimir Putinin son bəyanatlarından sonra Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
Trend xəbər verir ki, bunu Avropa bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel Nyu-Yorkdakı mətbuat konfransında deyib.
"Bazar ertəsi Nyu-Yorkda xarici işlər nazirlərinin planlaşdırılmış görüşü baş tutub. İndi mən Ukraynaya dəstəyimizi bir daha təsdiqləmək və V.Putinin bizi qoyduğu vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etmək üçün təcili iclas çağıracağam. Nazirlər Ukraynaya hərbi dəstəyin davam etdirilməsi, Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər", - deyə H.Borrel bildirib.