...

Bayden və Trass Ukrayna və enerji məsələlərini müzakirə ediblər

Dünya xəbərləri Materials 22 Sentyabr 2022 03:35 (UTC +04:00)
Bayden və Trass Ukrayna və enerji məsələlərini müzakirə ediblər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Liz Trass arasında görüş baş tutub.

Trend Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqları zamanı Ukrayna, enerji və iqtisadi təhlükəsizlik müzakirə edilib.

"Biz ABŞ-la, xüsusilə enerji və iqtisadi təhlükəsizlik məsələlərində daha yaxından işləmək və demokratiyaların zəfər çalmasını təmin etmək üçün dünyanın digər demokratik ölkələri ilə əlaqədə olmaq istəyirik", - deyə l.Trass bildirib.

Öz növbəsində C.Bayden L.Trassa ABŞ və Böyük Britaniya arasında gələcək sıx əməkdaşlığı gözlədiyini və onların birlikdə həyata keçirəcəyi çox işlərin olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti