Bakı. Trend:
Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Trend xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 15 miqrant xilas edilib.
Məlumata əsasən, ölənlərdən 4-ü uşaqdır.
Qeyd edilir ki, itkin düşən bir nəfərin axtarışları davam etdirilir.