Bakı. Trend:
Pakistanın şimal-qərbindəki Bəlucistan əyalətində hərbi helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində 6 nəfər, o cümlədən iki mayor həlak olub.
Qeyd olunub ki, qəza helikopter "uçuş missiyası" həyata keçirərkən baş verib.
Qəzanın səbəbləri barədə məlumat verilməyib, araşdırma aparılır.