...

Rusiyada məktəbdə baş verən atışmada ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 00:48 (UTC +04:00)
Rusiyada məktəbdə baş verən atışmada ölənlərin sayı artıb

Bakı. Trend:

Rusiyanın İjevsk şəhərində məktəbdə baş verən atışmada ölənlərin sayı 17 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Udmurtiyanın rəhbəri və hökumətinin mətbuat xidmətindən bildirilib.

"Rusiya İstintaq Komitəsinin məlumatına görə, 11-i uşaq, 6-sı böyük olmaqla 17 nəfər ölüb", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında 34 yaşlı Artyom Kazantsev İjevskdə mühafizəçini öldürərək silahla 88 saylı məktəbə girib. Atışma nəticəsində 17 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Daha sonra A.Kazantsev intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti