Bakı. Trend:
Fransanın hərbi büdcəsi 2023-cü ildə təxminən 44 milyard avroya çatacaq.
Trend-in məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələr Nazirliyi bildirib.
"2023-cü ildə Fransa ordusunun büdcəsi ardıcıl altıncı dəfə artırılacaq və 43,9 milyard avro təşkil edəcək", - deyə qeyd olunub.
Məlumata əsasən, beləliklə, silahlı qüvvələrə ayrılan vəsait 2022-ci ilə nisbətən 3 milyard avro artacaq.