Bakı. Trend:
BMT noyabrın 19-da başa çatacaq "taxıl sazişi"nin uzadılacağına və sazişin müddəalarının tam şəkildə yerinə yetiriləcəyinə ümid edir.
Trend xəbər verir ki, bunu çərşənbə günü BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
"Biz çox ümid edirik ki, saziş uzadılacaq və tam həcmdə həyata keçiriləcək", - deyə S.Cüjarrik bildirib.
O əlavə edib ki, BMT-nin baş katibi Antonio Quterreş son günlər Rusiya Federasiyasının nümayəndələri ilə "taxıl sazişi" ilə bağlı bir sıra danışıqlar aparıb.
"Baş katib son üç gündə Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışmayıb. Bununla belə, o, Rusiya Federasiyasının müxtəlif nümayəndələri ilə danışıqlar aparıb", - deyə S.Cüjarrik bildirib.