...

Türkiyənin şimal-qərbindəki zəlzələ bölgəsində 181 obyekt yenidən tikiləcək

Dünya xəbərləri Materials 27 Noyabr 2022 03:45 (UTC +04:00)
Türkiyənin şimal-qərbindəki zəlzələ bölgəsində 181 obyekt yenidən tikiləcək

Bakı. Trend:

Türkiyənin şimal-qərbində yerləşən Düzce vilayətində mənzil fondunun monitorinqi zamanı 5,9 bal gücündə zəlzələ nəticəsində ciddi ziyan dəymiş 181 bina aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, nazirliyin 300 əməkdaşı noyabrın 23-də zəlzələ zonasında 13 185 binaya baxış keçirib.

"Zərər çəkmiş bütün obyektlər təcili söküləcək, onların yerində yeni, təhlükəsiz və zəlzələyə davamlı obyektlər tikiləcək. Təbii fəlakət zonasının sakinləri qısa müddətdə yeni mənzillər alacaqlar", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti