...

Üç gəmi Ukrayna ərzaqlarını Çin, Bolqarıstan və İtaliyaya çatdıracaq

Dünya xəbərləri Materials 3 Dekabr 2022 07:43 (UTC +04:00)
Üç gəmi Ukrayna ərzaqlarını Çin, Bolqarıstan və İtaliyaya çatdıracaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Cümə günü qarğıdalı və günəbaxan tumu daşıyan üç quru yük gəmisi Ukrayna limanlarını tərk edib.

Trend-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildiriblər.

"Dekabrın 2-də Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 106,5 min ton taxıl və digər kənd təsərrüfatı məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.

“Aspasia Luck” gəmisi Çinə 63 min ton qarğıdalı, “Sea Inspiration” gəmisi isə İtaliyaya 26,5 ton qarğıdalı aparır. "Lady Perla" quru yük gəmisi Bolqarıstana 17 min ton günəbaxan toxumu daşıyacaq.

Dekabrın 2-də dəniz humanitar dəhlizindən keçən üç gəmi də Ukrayna limanları istiqamətində gedir.

Xəbər lenti

Xəbər lenti