...

Dünyada koronavirusa yoluxanların sayı 645 milyonu ötüb

Dünya xəbərləri Materials 4 Dekabr 2022 12:30 (UTC +04:00)

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 645 019 571 nəfərə çatıb.

Trend xəbər verir ki, bunu, bazar günü beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusdan ölənlərin sayı isə 6 640 437 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma halları ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti