...

Rusiyada yaşayış binasında partlayış olub, 44 nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 5 Dekabr 2022 10:21 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Yaroslavl şəhərində yaşayış binalarının birində partlayış olub.

Trend TASS-a istinadən xəbər verir ki, qaz partlayışı nəticəsində 1 nəfər xəsarət alıb, 44 sakin isə təxliyə olunub. Hadisə səhər saatlarında Kuznetsova küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Ev 1960-cı ildə tikilib və qazlaşdırılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını müəyyən edərək, əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti