...

Macarıstanda benzin satışından əldə olunan artıq gəlir xüsusi fonda yönəldiləcək

Dünya xəbərləri Materials 7 Dekabr 2022 20:39 (UTC +04:00)
Macarıstanda benzin satışından əldə olunan artıq gəlir xüsusi fonda yönəldiləcək

Bakı. Trend:

Macarıstan hökuməti Avropa İttifaqının Rusiyaya qarşı əlavə sanksiyalar tətbiqindən sonra bazarlarda neft şirkətləri tərəfindən benzinin yüksək qiymətə satışından əldə edilmiş izafi mənfəəti ehtiyat fonduna göndərmək qərarına gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Macarıstanın baş naziri Viktor Orban bildirib.

"Son günlərdə Brüsseldə neft sanksiyaları qüvvəyə minib və qorxduğumuz hadisə baş verdi. Sanksiya qoyulmuş benzin qiymətləri indi bütün Avropada qüvvədədir. Macarıstanda bundan əlavə gəlirlər tutularaq ehtiyat fonduna göndəriləcək", - deyə Orban qeyd edib.

Baş nazir izafi mənfəətin hesablanması mexanizminin nədən ibarət olacağını və xüsusi fondun vəsaitlərinin hansı məqsədlərə xərclənəcəyini açıqlamayıb. Söhbət Macarıstan bazarında fəaliyyət göstərən neft şirkətlərindən dövlətə daxil olan vergilərin bir hissəsinin tutulmasından gedə bilər. Burada ən böyük milli neft-qaz şirkəti MOL ilə yanaşı, Avstriyanın OMV və Britaniya-Hollandiya Shell şirkətləri təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti