...

Avstraliyada qazın kəskin bahalaşması gözlənilir

Dünya xəbərləri Materials 10 Dekabr 2022 12:57 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyada məişət təsərrüfatı və sənaye müəssisələri gələn il qaz qiymətlərində kəskin artımla üzləşəcək.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” ölkənin energetika naziri Kris Bouenə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yanacaq xərclərinin artımı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 36% çox ola bilər.

K.Bouen qeyd edib ki, hökumət bu qiymət artımına müdaxilə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti