...

Putinlə danışıqlar üçün ABŞ-dan hər hansı müraciət daxil olmayıb - Peskov

Dünya xəbərləri Materials 12 Dekabr 2022 16:03 (UTC +04:00)
Peskov
Putinlə danışıqlar üçün ABŞ-dan hər hansı müraciət daxil olmayıb - Peskov

Bakı. Trend:

ABŞ-dan prezident Vladimir Putinlə danışıqlar üçün heç bir müraciət daxil olmayıb.

Trend xəbər verir ki, bunu brifinq zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Almaniya hakimiyyət orqanlarından da belə tələblər irəli sürülməyib.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts ciddi fikir ayrılıqlarına baxmayaraq, Vladimir Putinlə danışıqlar aparmağın vacibliyini vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti