Bakı. Trend:
Avropa İttifaqına üzv 27 ölkənin səfirləri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqi ilə bağlı razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Avropa diplomatlarına istinadən bildirib.
"Sanksiyalar razılaşdırılıb. Cümə günü günortaya qədər onlar yazılı şəkildə rəsimləşdiriləcək", - deyə bildirilib.