...

BVF Misirə 3 milyard dollar kredit ayırır

Dünya xəbərləri Materials 18 Dekabr 2022 01:18 (UTC +04:00)
BVF Misirə 3 milyard dollar kredit ayırır

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Genişləndirilmiş Maliyyələşdirmə Proqramı çərçivəsində Misirə 46 ay müddətinə 3 milyard dollar kredit ayrılmasını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə şənbə günü BVF-nin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, 347 milyon dollarlıq birinci tranşı Misir dərhal alacaq.

Qeyd edilir ki, razılaşma proqramı Misirə Körfəz ölkələri də daxil olmaqla beynəlxalq və regional tərəfdaşlardan 14 milyard dollar məbləğində əlavə maliyyə cəlb etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti