...

Leo Varadkar İrlandiyanın yeni baş naziri olub

Dünya xəbərləri Materials 18 Dekabr 2022 04:24 (UTC +04:00)
Leo Varadkar İrlandiyanın yeni baş naziri olub

Bakı. Trend:

İrlandiya Prezidenti Maykl Hiqqins "Fine Gael" Partiyasının lideri Leo Varadkarı baş nazir təyin edib.

Trend xəbər verir ki, "Fine Gael" və "Fianna Foyle" partiyalarının koalisiya hökumətinin daha əvvəl əldə etdiyi razılaşmaya uyğun olaraq, L.Varadkar kabinetin rəhbəri Mixol Martini əvəz edib.

M.Martin isə öz növbəsində Saymon Koveninin əvəzinə baş nazirin müavini və xarici işlər naziri vəzifəsini tutacaq.

Xatırladaq ki, L.Varadkar ikinci dəfədir ki, baş nazir vəzifəsinə gəlir. O, 2017-ci ildən 2020-ci ilə kimi bu vəzifədə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti