Bakı. Trend:
Filippinin Mindanao adasında 5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan bildirilib.
Məlumata əsasən, yeraltı təkanların episentri Kalilanqan bələdiyyəsindən 7 kilometr şimal-şərqdə, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.