Bakı. Trend:
Kanadanın Ontario vilayətinin London və Tilberi şəhərləri arasındakı Trans-Kanada şossesində 100-ə yaxın avtomobil qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı regional polisə istinadən bildirib.
Ölənlər və xəsarət alanlar barədə hələ ki, məlumat verilməyib. Qəzalara səbəb Kanadanın şərqindəki Ontario və Kvebek vilayətlərində cümə axşamından cümə gününə keçən gecə baş verən güclü qar olub.
Bildirilib ki, Ontarionun bəzi hissələrinə bazar günündən əvvəl 50 sm-ə qədər qar yağa bilər ki, bu da təxminən bir aylıq yağıntı deməkdir.