...

Almaniyada yeni ildən qazın qiyməti 112 faiz artacaq

Dünya xəbərləri Materials 25 Dekabr 2022 23:42 (UTC +04:00)
Almaniyada yeni ildən qazın qiyməti 112 faiz artacaq

Bakı. Trend:

Almaniya sakinlərini enerji qiymətlərinin məhdudlaşdırılması istiqamətində görülən tədbirlərə baxmayaraq, 2023-cü ildə qaz və elektrik enerjisi tariflərinin əhəmiyyətli dərəcədə artması gözləyir.

Trend xəbər verir ki, bu barədə "Verivox" onlayn qiymət müqayisə platformasına istinadən yerli "Handelsblatt" qəzeti məlumat yayıb.

"Qaz üçün 112 faiz artım: Almaniya hökumətinin enerji qiymətlərini məhdudlaşdırmaq üçün tədbirlərinə baxmayaraq, enerjinin qiyməti kəskin şəkildə artır", - deyə məlumat bildirilir.

Qeyd edilir ki, yanvar ayında Almaniyanın elektrik istehlakçıları keçən payızdan təxminən 44 faizdən çox ödəməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti